İntiharların səbəbi psixi yox, fiziki problemlərdir

  • 2024.03.27 16:22
  • 400 Baxış
İntiharların səbəbi psixi yox, fiziki problemlərdir
Amerika alimləri 2003-2020 illərdə 306 800 intiharla bağlı məlumatları təhlil edib.

"Medi\icina" xəbər verir ki, tədqiqatda məqsəd intiharlarda əsas faktorun nə olduğunu tapmaqdır.

Nəticələr göstərib ki, bütün ölümlərin 3-də biri ruhi problemdən çox fiziki və maddi problemləri olan insanlarda baş verib.

Fiziki xəstəlik səbəbindən, xüsusən əlillik və xərçəngə görə intiharların sayı son 10 ildə 2 pillə qalxıb.


Müəllif Yunyu Xiao bildirib: "Biz əvvəllər intiharın yalnız psixi xəstəliklə əlaqəli olduğunu düşünürdük, lakin araşdırmamız göstərir ki, qurbanların əhəmiyyətli bir hissəsində fiziki problemlər olub".

İş və şəxsi həyatında böhran yaşayanlar risk qrupundadır və mütləq nəzarətə alınmalıdır.

Fiziki problemlərə görə intiharlara daha çox kişilər əl atır və onlar odlu silahdan ölümü seçirlər.

Aygün Musayeva