İranda 1 günə 20 minə yaxın yoluxma qeydə alındı

  • 2021.04.10 14:54
  • 1490 Baxış
İranda 1 günə 20 minə yaxın yoluxma qeydə alındı

İranda ötən sutka ərzində 193 nəfər koronavirusdan (COVID-19) ölüb.

Medicina.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 64 232 nəfərə yüksəlib.

O qeyd edib ki, İranda ötən 24 saat ərzində 19 666 nəfər koronavirusa yoluxub. Bununla da virusa yoluxanların sayı 2 049 078 nəfərə çatıb. Virus daşıyıcılarından 4 329 nəfərin vəziyyəti ağır qiymətləndirilir.