İranda 13 881 nəfər koronavirusa yoluxdu

  • 2020.12.01 14:47
  • 1032 Baxış
İranda 13 881 nəfər koronavirusa yoluxdu

İranda ötən sutka ərzində 382 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 48 628 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 881 nəfər koronavirusa yoluxub. Beləliklə ,İranda bu virusa yoluxanların sayı 975 951 nəfərə yüksəlib.