İranda 24 saat ərzində 4142 nəfər koronavirusa yoluxdu

  • 2020.10.09 15:18
  • 2161 Baxış
 İranda 24 saat ərzində 4142 nəfər koronavirusa yoluxdu

İranda ötən sutka ərzində 210 nəfər koronavirusdan (COVID-19) ölüb.

Medicina.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 28 098 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4 142 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların ümumi sayı 492 378 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 392 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 401 379 nəfər koronavirusdan sağalıb.