İranda 365 nəfər COVID-19-dan öldü

  • 2020.10.30 15:02
  • 1647 Baxış
İranda 365 nəfər COVID-19-dan öldü

İranda ötən sutka ərzində 365 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 34478 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8011 nəfər koronavirusa yoluxub.

Beləliklə İranda bu virusa yoluxanların sayı 604952 nəfərə yüksəlib.