İranda 39 nəfər koronavirusdan sağaldı

  • 2020.02.26 22:42
  • 2222 Baxış
İranda 39 nəfər koronavirusdan sağaldı
İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb.

BakuPost.az-ın xəbərinə görə, koronavirusdan sağalma halları Qum, Gilan, İsfahan, Əlburz, Gülüstan, Mərkəzi, Hormozqan və Kermanşah əyalətlərində qeydə alınıb.

Bildirilir ki, yeni növ koronavirusdan ən çox sağalma halı - 30 - Qum əyalətində qeydə alınıb.

Qeyd edək ki, İranda yeni növ koronavirusa 139 nəfər yoluxub, onlardan 19 nəfəri ölüb.