İranda 40 min səhiyyə işçisi karantinə alındı - COVID-19-a görə

  • 2020.12.07 15:37
  • 870 Baxış
İranda 40 min səhiyyə işçisi karantinə alındı -  COVID-19-a görə

İranda 40 min səhiyyə işçisi koronavirus xəstəliyi ilə əlaqədar karantinə alınıb.

Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Məryəm Həzrəti jurnalistlərə açıqlamasında deyib.

M.Həzrətinin sözlərinə görə, səhiyyə işçilərinin karantinə alınması ilə digər səhiyyə işçilərinin işi qat-qat artıb.

Həzrəti əlavə edib ki, cari ildə (20 mart 2020-dən başlayaraq) İranda 9 min səhiyyə işçisi işə götürülüb.

Son günlərdə İranda koronavirusa yoluxma və ölüm halları azalmaqdadır.

Qeyd edək ki, İranda indiyədək (7 dekabr) 1,05 milyon nəfər koronavirusa yoluxub, 50,5 min nəfər bu virusdan ölüb və 742 min nəfər sağalıb.