İranda 457 nəfər COVID-19-dan öldü

  • 2020.11.12 15:05
  • 46753 Baxış
İranda 457 nəfər COVID-19-dan öldü

İranda ötən sutka ərzində 457 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 40121 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11517 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 726585nəfərə yüksəlib.

İranda indiyədək 541566 nəfər koronavirusdan sağalıb.Virus daşyıcılarından 5614 nəfərin vəziyyəti ağır qiymətləndirilir.