İranda daha 175 nəfər koronavirusdan öldü

  • 2020.12.19 14:58
  • 1416 Baxış
İranda daha 175 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 175 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 53 448 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, İranda ötən 24 saat ərzində 6 421 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 152 072 nəfərə çatıb. Virus daşıyıcılarından 5 591 nəfərin vəziyyəti ağırdır.

Ölkədə indiyədək 875 943 nəfər koronavirusdan sağalıb, 6,99 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğunu deyib.