İranda daha 469 nəfər koronavirus qurbanı oldu

  • 25 Noy 2020 14:50
  • 308 Baxış
İranda daha 469 nəfər koronavirus qurbanı oldu

İranda ötən sutka ərzində 469 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 46207nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13843 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 894385 nəfərə yüksəlib.

İranda indiyədək 625606 nəfər koronavirusdan sağalıb.Virus daşyıcılarından 5832 nəfərin vəziyyəti ağır qiymətləndirilir.