İranda daha 78 nəfər koronavirusdan ölüb

  • 2020.05.06 15:25
  • 2314 Baxış
İranda daha 78 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində daha 1 680 nəfərin koronavirusa (COVID19) yoluxması öz təsdiqini tapıb.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, beləliklə indiyədək İranda bu virusa yoluxanların sayı 101 650 nəfərə çatıb. Onlardan 2 735 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi bildirib ki, ötən 24 saat ərzində daha 78 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 6 418 nəfərə yüksəlib.

Cahanpur deyib ki, indiyədək ölkədə 81 587 nəfər infeksiyadan sağalıb.

Qeyd edək ki, İranda koronavirus diaqnozu ilə əlaqədar 531 mindən çox test həyata keçirilib.