“İranda koronavirus qurbanlarının sayı açıqlanan rəqəmdən iki dəfə çoxdur” - Nazir müavini

  • 2020.10.14 16:24
  • 1080 Baxış
 “İranda koronavirus qurbanlarının sayı açıqlanan rəqəmdən iki dəfə çoxdur”  - Nazir müavini

“İranda koronavirus qurbanlarının sayı açıqlanan statistikadan iki dəfə çoxdur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokollarına görə, yalnız test cavabları pozitiv çıxan koronavirus xəstələrinin ölüm statistikası açıqlanır: “İranda da statistik məlumatlar digər ölkələrdə olduğu kimi açıqlanır. Halbuki koronavirusdan ölənlərin sayını elan olunan statistikadan 2 qat artıq hesab etmək olar”.

İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari isə qeyd edib ki, İranda gündəlik koronavirusa yoluxanların və xəstəxanaya yerləşdirilənlərin statistikası son bir ayda artmaqdadır: “Koronavirusdan ölənlərin sayı da kəskin artıb”.