İranda koronavirus qurbanlarının sayı artır

  • 2020.02.21 15:09
  • 5408 Baxış
İranda koronavirus qurbanlarının sayı artır
İranda koronavirusdan ölənlərin sayı artır.

Medicina.az xəbər verir ki, daha 2 nəfər bu virusdan dünyasını dəyişib.Bundan başqa İranda 13 yeni yoluxma halı aşkarlanıb. Bunlardan 7-si Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb.

Beləliklə, İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan da 4-nün öldüyü təsdiqlənib.