İranda koronavirusdan ölənlərin sayı 1934-ə çatdı

  • 2020.03.24 14:09
  • 1881 Baxış
İranda koronavirusdan ölənlərin sayı   1934-ə çatdı
İranda daha 122 nəfər koronavirusun qurbanı olub. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bununla da ölkədə infeksiyadan ölənlərin sayı 1 934 nəfərə çatıb.

Ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 24 811, sağalanların sayı isə 8 913 nəfərdir.