İranda ötən sutka 10827 nəfər koronavirusa yoluxdu

  • 2020.12.07 14:31
  • 969 Baxış
 İranda ötən sutka 10827 nəfər koronavirusa yoluxdu

İranda ötən sutka ərzində 284 nəfər koronavirusdan (COVID 19) ölüb.


Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 50594 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10827 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1051374 nəfərə yüksəlib.