İrandan gətirilən bibərdə virus aşkarlandı - FOTO

  • 2022.12.22 10:46
  • 1606 Baxış
İrandan gətirilən bibərdə virus aşkarlandı -  FOTO
İrandan Azərbaycana gətirilən bibər məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.

Bu barədə Medicina.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.


Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində İrandan hüquqi şəxs “Aqro Laym” MMC tərəfindən idxal olunan 25 452 kq və “Albalı A Fruit” MMC tərəfindən idxal olunan 8 472 kq bibər məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən orqanizm (“Tomato brown rugose fruit virus” - pomidor meyvələrinin qonur qırışıqlıq virusu) aşkar olunub.

Agentlik tərəfindən istifadəyə yararsız bibər məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.