İraqda 3 penislə doğulan uşaq əməliyyat olundu

  • 2021.04.06 11:13
  • 1239 Baxış
İraqda 3 penislə doğulan uşaq əməliyyat olundu
İraqın Musul kəndində ötən il üç penislə dünyaya gələn uşaq əməliyyat olunub. Həkimlər isə bunun dünyada ilk olduğunu bildiriblər.

Medicina.az xəbər verir ki, həkimlər "diphallia” adı verilən bir sindromla dünyaya gələn körpənin işləməyən 2 və 1 sm uzunluğundakı iki penisini cərrahi əməliyyatla götürüblər Qeyd edilir ki, bu dünyada ilk haldır. Uroloqlar, əməliyyatla alınan penislərin idrarın keçdiyi kanala bağlı olmadığını və bunu götürməyin ən yaxşı seçim olduğu qərarını veriblər.

Kimliyi açıqlanmayan körpənin keçən il üç aylıq olduğu zamanda həkimlər bununla bağlı tibbi məqalə yayımlayıblar. Mütəxəssislər hər 5 və 6 milyon uşaqdan birinin birdən çox penislə doğduğunu qeyd ediblər.

“International Journal of Surgery Case Reports”da yayımlanan statistikaya görə isə, iraqlı uşaq ilk triphallia (üç penis) xəstəsidir və bu dünyada rastlanan ilk hadisədir.