İraqda "qara kif"dən ilk ölüm - Xəstəlik dünyaya yayılır

  • 2021.06.01 14:28
  • 1731 Baxış
İraqda "qara kif"dən ilk ölüm -  Xəstəlik dünyaya yayılır
Hindistanda 200-dən çox insanda aşkarlanan “qara kif” infeksiyası Misirdən sonra İraqa da yayılıb.

Medicina.az xəbər verir ki, İraqın cənubundakı Zikar vilayətinin mərkəzi olan Nasiriyada vəfat edən bir insanda “qara kif” infeksiyası (mukormikoz) aşkarlanıb.

Mütəxəxssislər göbələyin immun sistemi zəif olanlara “hücum etdiyini” deyərək, xəstəliyin koronavirusla bağlı olması haqqında xəbərdarlıq ediblər.

Hindistanda 200-dən çox ölüm

Hindistanda təxminən 10 min insanın yoluxduğu “qara kif” xəstəliyi 200-dən çox insanın ölümünə səbəb olub.

Hindistanda COVID-19-u keçirən "qara kif" olur: 219 ölü

Qeyd edək ki, Hindistanın Kerala əyalətində koronavirus keçirən insanlarda tez-tez rastlanılan “qara kif” xəstəliyinin tənəffüs dəstəyi üçün istifadə olunan oksigendəki kirlilikdən qaynaqlandığını təyin etmək üçün araşdırmalara başlanılıb.



İraqda "qara kif"dən ilk ölüm -  Xəstəlik dünyaya yayılır