İş stressinin bu əlamətləri varsa, ərizənizi yazın

  • 2023.11.04 18:44
  • 1723 Baxış
İş stressinin bu əlamətləri varsa,  ərizənizi yazın

80% insan işdə tükənmə və xroniki yorğunluq sindromundan əziyyət çəkir, 50% fürsət düşən kimi onu dəyişməyi düşünür.

“Medicina” xəbər verir ki, sosioloqlar onlayn olaraq xidmət sahəsində çalışanlardan sorğu aparıb.


Sorğuda iştirak edənlərin 3-də biri etiraf edib ki, işdə daimi stress və yorğunluq hiss edir və hətta peşəsini atmağa hazırdır.

1730 nəfərin 79%-i bildirib ki, hər gün işdən çıxmaq barədə düşünür.

77% ilş yerində stress və neqativ hisslər keçirir.

Hər 5 nəfərdən biri təşviş və tükənmişlik sindromu keçirir.


Bu hissləri yaradan faktorlar isə aşağıdakılardır:

- Aşağı maaş

- Karyera yüksəlişinin olmaması
- Çətin ağır iş
- Gərgin qrafik

- Rəhbərliyin davranışı
- Sağlamlığın pozulması

45% stress və tükənmişliyə maaşına xatir dözdüyünü etiraf edib.

Psixoloq Mariyana Razumovskaya bildirib ki, zaman-zaman öz sevimli işindən də yorulma, bezmə və professional tükənmə hamıda olur. Buna səbəb işlə istirahəti düzgün qurmamaqdır.

Əgər işdə həqiqətən ciddi stress yükləməsi və depressiv vəziyyət yaranıbsa, bu ya fasilə götürməyə, ya da ərizə yazıb çıxmağa əsas var.

Səhərlər oyanmaq, işə getmək istəmirsizsə, axşam tez evə çatıb yalnız yatmaq barədə düşünürsüzsə, işdən sadəcə bir zəngin gəlməsi sizi stresə salırsa, işdə kolleqa və rəhbərliyə qarşı açıq və gizli aqressiya varsa, o zaman həqiqətən bu işi bitirməlisiz.

Aygün Musayeva