İşini təmiz gördüyünü sübut etmək üçün tualet suyu içdi - VİDEO

  • 2020.10.14 10:13
  • 1681 Baxış
İşini təmiz gördüyünü sübut etmək üçün tualet suyu içdi  - VİDEO

Çində təmizlik şirkətlərindən birində işləyən qadın işini təmiz gördüyünü sübut etmək üçün tualetdən su içib.

“Haber Global”ın məlumatına görə, qadının bu hərəkəti mobil telefonun kamerası ilə lentə alınıb.

Hadisə Çinin Şantunq bölgəsində baş verib. Qadının bu hərəkəti yanındakıların alqışına səbəb olub.

Sosial mediada isə qadını bu işə məcbur edənlər tənqidə səbəb olub.

Qadın verdiyi açıqlamada iki ildir bu işlə məşğul olduğunu bildirib və qeyd edib ki, bunu edərək işini ən yüksək səviyyədə gördüyünü sübut edir.