İspaniyada evtanaziya ilə gənc qıza ölüm haqqı verildi

  • 2026.02.26 18:14
  • 96 Baxış
İspaniyada  evtanaziya ilə gənc qıza ölüm haqqı verildi


İspaniya məhkəməsi evtanaziya olunmasını istəyən 25 yaşlı iflic xəstəsi olan qızın atasının iddiasını rədd edib.

Medicina.az xəbər verir ki, gənc qız 2022-ci ilin oktyabrında belindən aşağı iflic vəziyyətinə düşüb. O, üç ildən çoxdur ki, aşağı əzaların iflici ilə yaşayır və bu illər ərzində dəfələrlə intihara cəhd edib. Tibbi hesabatlara görə, xəstə xroniki ağrılar hiss edir, vəziyyətinin yaxşılaşması üçün isə hər hansı perspektiv yoxdur.

Nəticədə Kataloniya komissiyası qızın həyatdan getmək hüququnu təsdiqləyib.

Atanın versiyasına görə, qızı psixi problemlər səbəbindən şüurlu qərar qəbul edə bilmir.

Məhkəmənin qərarından sonra atanın nümayəndələri apellyasiya şikayəti vermək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətlərini açıqlayıblar.

2021-ci ildən İspaniya xəstələr üçün evtanaziyanı qanuniləşdirən dördüncü Avropa İttifaqı (Aİ) ölkəsi olub.

medicina.az