İspaniyada gözlənilməz qrip dalğası - B növü yayılır

  • 2023.03.09 14:27
  • 1051 Baxış
İspaniyada gözlənilməz qrip dalğası  - B növü yayılır

İspaniyada payız-qış mövsümündə ikinci dəfə görülən qrip dalğası mütəxəssislər tərəfindən respirator viruslarda qeyri-adi bir vəziyyət kimi qiymətləndirilib.

"Medicina" xəbər verir ki, yanvardan sonra azalmalı olan qrip dalğası fevral ayından “qrip B” dalğası başlayıb.

Ölkənin Sağlamlıq İnstitutu normal olaraq yaza doğru azalacağı gözlənilən qrip hadisələrinin hazırda daha çox yayıldığını bildirib.

Koronavirusa görə, insanların orqanizminin digər viruslara qarşı müqavimətinin azaldığını deyən mütəxəssislər COVID-19-un immunitet sisteminə təsir etdiyini bildiriblər. Qeyd olunub ki, qrip B dalğası xüsusilə 15 yaşa qədər uşaqlarda müşahidə olunur.

İspan mətbuatında yer alan qeyri-adi qrip hadisələri üçün "Son aylarda hərarətiniz, burnunuzdan axıntı və öskürək yoxdursa, şanslısınız".

Aygün Musayeva