İsrail koronavirus peyvəndi hazırlayır

  • 2020.10.26 10:05
  • 8628 Baxış
İsrail koronavirus peyvəndi hazırlayır

İsraildə koronavirus peyvəndi hazırlanacaq.

Ölkənin Müdafiə Nazirliyi yaxın vaxtlarda koronavirus əleyhinə peyvəndin sınaqdan keçiriləcəyini “Facebook” səhifəsində bildirib.

Dərmanın insanlar üzərində sınaqları noyabrın 1-də başlayacaq. İsrailin Bioloji Araşdırmalar İnstitutunun artıq Səhiyyə Nazirliyi və Helsinki Komitəsindən lazımi bütün təsdiqləri aldığı qeyd olunur.