İsrail Rusiyadan COVID-19 vaksini istəyir

  • 2020.11.17 15:33
  • 1496 Baxış
İsrail Rusiyadan COVID-19 vaksini istəyir

İsrailin Baş Naziri Binyamin Netanyahu Rusiyanın koronavirusa qarşı ixtira etdiyi “Sputnik V” adlı vaksini almaq üçün Prezident Vladimir Putinlə telefon danışığı həyata keçirib.

Netanyahu bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya istehsalı olan vaksini əldə etmək üçün Putinlə danışdım. Bir neçə aya alınacaq. Tunelin sonundakı işığı görə bilərik”,- deyə Baş Nazir qeyd edib.