İşsizlər də tibbi sığortadan yararlanacaq - Nazir 16 manat məsələsinə aydınlıq gətirdi

  • 2025.12.02 15:57
  • 276 Baxış
İşsizlər də tibbi sığortadan yararlanacaq  -  Nazir 16 manat məsələsinə aydınlıq gətirdi


“Dövlət tərəfindən icbari sığorta haqqı qarşılanan şəxsləri yeni dəyişikliklərlə 9 dəfə artırırıq. Uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. İlk dəfə olaraq qanunda göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaq”.

Medicina.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Növbəti ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub. Bu, təxminən 7.3-7.5 milyon insanımızın sığorta haqqıdır. Təqribən 2 milyon şəxs muzdlu əməklə çalışır. Onların da sığorta haqqı işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarların da sığortası onlar tərəfindən qarşılanır. Yəni minimum əhalinin 95%-i sığorta ilə bağlı tam əhatə olunacaq. Kimlər əhatədən kənar qalır? İşləyən, gəliri olan, gəlirini gizlədən, yəni qeyri-formal məşğul olan şəxslər”.

Aygün M.