İştahı olmayanlar qalxanvari vəzini yoxlatsın

  • 2022.08.24 14:47
  • 2273 Baxış
İştahı olmayanlar qalxanvari vəzini yoxlatsın


İştahın olmaması, heç bir yeməyə həvəsin olmaması, güclə, iştahsız yemək çox gənc qadınların şikayətidir.

"Medicina" xəbər verir ki, diyetoloq Nuriya Dianova bu simptomun mümkün səbəblərini açıqlayıb.


"Qaydaya görə, iştaha hipofiz cavabdehdir. Bu vəzin şişləri, eləcə də qalxanvari vəzin funksiyasının azalması - hipotireoz iştahın kəsilməsini göstərir.


Eləcə də diabet xəstələrində bu baş verir. Xüsusilə bir sıra onkoloji xəstəliklərdə iştah küsməsi müşahidə olunur.


İnsan stress, təşviş, depressiyada olarsa, iştah azala bilər. İştah 1 aydan çoxdur yoxdursa, terapetə görünmək lazımdır".

Aygün Musayeva