İştahsızlıq, yuxusuzluq, əsəbilik, saç tökülməsi... - Sizdə nə çatışmır?

  • 2020.10.07 14:07
  • 2874 Baxış
İştahsızlıq, yuxusuzluq, əsəbilik, saç tökülməsi...   - Sizdə nə çatışmır?


Orqanizmin , hər bir fəaliyyəti üçün vacibi mikroelement olan sink bizim heç yadımıza da düşmür. Əminik ki, insanlarımızda bu element minimum həddədir.


Medicina.az orqanizmdə sink defisitini bildirən 12 əlaməti təqdim edir:

1.Yaddaş, huş pozuntusu, diqqət yayqınlığı

2.İştahın olmaması


3.Yuxu pozulması, yuxusuzluq

4.Tez-tez qrip olmaq, virus və göbələklər – herpes, stomatit, kandidoz

5.Ağızda selikli qişada yaralar, xoralar – gec sağalır


6.Göz xəstəlikləri – konyuktivit, keratit, bulanma

7.Dəri quruması, qırışlar, çatlar, səpkilər, qabıqlanma, göyərmələr, sıyrıntılar- istənilən zədə gec sağalır

8.Laylanan dırnaqlar, qırılan saçlar


9.Menstrual tsikl pozğunluğu, sonsuzluq, hamiləliyin pozulması

10.Kişilərdə potensiya problemi, cinsi zəiflik


11. Yorğunluq, basqı, əzginlik, iş qabiliyyətinin azalması, apatiya

12.İmmunitet zəifliyi, diareya, bağırsaq pozulmaları


İnsan sutkalıq olaraq 11 mq sink qəbul etməlidir.


Təbii olaraq, orqanizmi sinklə təmin etmək üçün qida rasionunuzu balanslaşdırmaq yetərli olar.






Sİnk ilə zəngin olan 7 top qida:


-Balqabaq və tumları

-Mal əti, qırmızı ət – 120-150 qram

-Noxud – günə bir fincan yemək

-Toyuq əti – 130 qram


-Qatıq, kefir, yoqurt – 1 stəkan

-Kakao tozu – içmək

-Ispanaq – 1-2 dəstə

-Göbələk – 150 qram


Sink defisiti qan analizi ilə təyin olunur.