İstanbula uçan təyyarədə kişinin halı pisləşdi - Yığmanın həkimi yardım etdi

  • 2022.08.29 16:27
  • 1220 Baxış
İstanbula uçan təyyarədə kişinin halı pisləşdi -  Yığmanın həkimi yardım etdi
Bu gün Bakı vaxtı ilə 11:45-də Bakıdan İstanbula uçan Türk Hava Yollarının təyyarəsində azərbaycanlı sərnişinin səhhəti pisləşib.


"Medicina" xəbər verir ki, təyyarə havaya qalxdıqdan 2 saat sonra sərnişin özünü narahat hiss edib.


Sərnişin həkimlərə bildirib ki, sinəsində ağrılar var.


Təyyarə heyəti ilkin müayinədən keçirsə də sərnişinin səhhətini yaxşılaşdırmaq üçün dərman preparatı tapılmayıb.


Həmin təyyarədə Maltaya yarışa gedən qızlardan ibarət Azərbaycan futbol yığması da uçduğu üçün halı pisləşən sərnişinin köməyinə komandanın həkimi çatıb. Həkim ehtiyat tibb çantasından lazım olan dərmanla təmin edib və daha sonra xəstənin halı normallaşıb.

Həkim xəstəyə təcili ürəyinin kordioqramma etməsini tələb edib və təyyarə İstanbulda endikdən sonra klinikaların birində həkim nəzarətinə alınıb.