Mövsümi epidemiyaların gəlməsi ilə mümkün qədər çox maye içmək lazımdır. Bu zaman viruslar aktiv şəkildə məhv olurlar: onlar hidravlik zərbəyə dözə bilmirlər.
Bu barədə həkim-infeksionist Fikrət Xəlilov virusların artdığı bir dövrdə koronavirusdan qorunmaq üçün tövsiyələrində medicina.az-a bildirib.
Onun sözlərinə görə, bu mənada istənilən çaylar effektivdir.
Bundan başqa orqanizm kifayət qədər “C” vitamini ilə təmin edilməlidir. Bu vitamin sitrus meyvələrində, kividə, zəncəfildə və kələm turşusunda var.
“Əlavə olaraq C vitamini olan meyvələr - limon, laym, qreypfrut çaya əlavə edilə bilər. Bu zaman ikiqat fayda əldə ediləcək”, - deyə həkim əlavə edib.
O, həmçinin qida rasionuna müəyyən miqdarda göyərti də əlavə etməyi məsləhət görüb:
“Bu bədəni vitaminlərlə təmin etməklə yanaşı, mədə-bağırsaq traktının təmizlənməsinə kömək edəcək”.
F.Xəlilov simptomlara laqeyd yanaşmamağı, xəstəliyin ilkin əlamətlərində həkimə müraciət etməyin vacibliyini də vurğulayıb:
“Xəstəliyə dözümsüzlük göstərməyin, o öz-özünə keçən deyil. Həkim sizə kömək edəcək”, - deyə o, sözlərini yekunlaşdırıb.
Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.