İsti qəhvə içmək qida borusu xərçəngi yaradır

  • 2022.08.31 16:25
  • 1977 Baxış
İsti qəhvə içmək qida borusu xərçəngi yaradır

Qəhvə içənləri gələcəkdə qida və qırtlaq xərçəngi gözləyə bilər.


"Medicina" xəbər verir ki, bunu Kembric universitetinin alimləri açıqlayıb.


Alimlər 360 min nəfər üzərində elmi təcrübə apararaq sübut edib ki, isti qəhvə qida borusu selikli qişasını, toxumasını zədələyir.

Təhlükəni qəhvəni bir az soyudub içməklə azaltmaq olar.


Müntəzəm olaraq çox qəhvə içmək bədxassəli törəmələrin əmələ gəlməsinə səbəb ola bilər.

Qəhvəni insanlara qaynar vermək olmaz.

Aygün Musayeva