İsveçin Baş naziri özünü təcrid edib

  • 2020.11.05 14:59
  • 2593 Baxış
İsveçin Baş naziri özünü təcrid edib

İsveçin Baş naziri koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.

Bu barədə Baş nazir Stefan Lofven rəsmi "Facebook" səhifəsində yazıb.

Baş nazir bildirib ki, onun yaxını COVID-19-a yoluxmuş bir şəxslə təmasda olub və həkimin məsləhətinə uyğun olaraq o və xanımı özlərini təcrid edəcək.

"Bu vəziyyətdə yeganə məsuliyyətli hərəkət budur", - deyə Baş nazir qeyd edib.

Baş nazir Lofven həmçinin əlavə edib ki, onda COVID-19-a yoluxma əlamətləri yoxdur.