İtaliya klubunda 27 nəfər koronavirusa yoluxdu

  • 2020.10.26 11:34
  • 6802 Baxış
İtaliya klubunda 27 nəfər koronavirusa yoluxdu

İtaiya Peşəkar Liqasının yüksək divizionun mübarizə aparan "Recina" komandasında 27 nəfərin koronavirus testinin nəticəsi müsbət çıxıb.

"La Gazzetta dello Sport" xəbər verir ki, infeksiyaya yoluxanlardan 21-i futbolçu, 2-si baş məşqçi və onun köməkçisi, 4-ü isə klubun digər əməkdaşlarıdır.

Klub çempionatın növbəti turunda "Çittadella" ilə matçın təxirə salınması üçün federasiyaya müraciət edib.