İtaliyada gündəlik ölüm sayı rekord həddə çatdı

  • 2020.12.04 09:14
  • 1541 Baxış
İtaliyada gündəlik ölüm sayı rekord həddə çatdı

İtaliyada pandemiya başlayandan bəri sutka ərzində rekord sayda (993 nəfər) ölüm hadisəsi qeydə alınıb.

Reuters xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində 23225 yeni yoluxma hadisəsi olub.

Məlumat üçün qeyd edək ki, İtaliya Avropada koronavirsdan ölüm sayına görə İngiltərədən sonra ikinci yerdədir. Ölkədə ümumilikdə 58008 ölüm, 1,665 milyon yoluxma qeydə alınıb.

Xatırladaq ki, İtaliyada sonucu dəfə sutkalıq rekord ölüm sayı (919 nəfər) ötən il martın 27-də qeydə alınmışdı.