İtaliyada son sutkada rekord yoluxma 31084 nəfər

  • 2020.10.31 09:12
  • 28981 Baxış
İtaliyada son sutkada rekord yoluxma  31084 nəfər

İtaliyada son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb. Ötən günlə müqayisədə yoluxma sayı 4 mindən çox artaraq 31084 nəfərə yüksəlib.

Medicina.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu günədək ölkə üzrə ümumilikdə 647 674 COVID-19 hadisəsi qeydə alınıb.