İtalyan psixoterapevtdən sevginin və uğurlu şəxsi həyatın - 14 FORMULU

  • 29 Sen 2021 16:06
  • 589 Baxış
İtalyan psixoterapevtdən sevginin və uğurlu şəxsi həyatın -  14 FORMULU
Məşhur italyan psixoterapevt Raffaele Morelli analiz və qiymətləndirmə üzərində daha az baş sındırmağı və daha çox hisslər üzərində köklənməyi təşviq edir.

Medicina.az ekspertin sevgi haqqında 14 müdrik sitatı ilə tanış edir:

1. Xəstəliklərimizin çoxu özümüzə olan münasibətimizdən qaynaqlanır. Bədən həmişə nə etdiyini yaxşı bilir. Hətta özümüzə etiraf etməyə çəkindiyimiz, öz daxilimizdə formalaşdıra bilmədiyimiz və eşitmək istəmədiyimiz məsələləri də bədənimiz bu və ya digər yollarla izah edə bilər.

2. Problemləri daim düşünmək onları xroniki hala gətirir.

3. Heç kimin sevgiyə ehtiyacı yoxdur, sevgi öz içimizdədir, sadəcə fərqində olmaq məsələsi var. Qürur və qorxu keçmişin ağrıları ilə vidalaşmağa mane olur, bizimlə pis rəftar edəcək insanlarla görüşmək qorxusu bizi tərk etmir. İstənilən halda belə insanlarla qarşılaşmaq qaçılmazdır. Bu dairə qırılmalıdır.

4. Yaşaya bildiyimiz ən gözəl sevgi insanın özünə olan sevgisi və özgüvənidir: ancaq bu halda azadlığı dada, gizli istedad və məziyyətlərimizi üzə çıxara, həqiqətən hara getmək istədiyimizi müəyyən elə bilərik.

5. İllüziyalar sevgiyə zəhər qatır, bizi incidir, ruhun ən böyük düşmənidir, onlar görünməz cinlərdir. İllüziyalar - içimizdə çökən sağlam sevgini “qanunlar və kodlar”a dəyişən inanclardır.

6. Spontan və təbii olun, həyatınıza ancaq xoşunuza gələn insanları və hadisələri cəlb edin. Ən əsası sizi darıxdırıcı və boz yaşamağa məhkum edən, daxili rahatlıq və azadlığınızı almaq istəyən insanlardan uzaq durun.

7. Uğursuz və ya düzgün yaşanılmayan sevgi mülahizə və stereotiplərlə doludur. Qəti şəkildə qəbul edilməmək bədəni və psixikanı xəstə edir.

8. Əgər sevirsinizsə, başqalarının rəylərini qiymətləndirmədən sadəcə içinizdə baş verən hər şeyi müşahidə etmək üçün özünüzlə baş-başa qalırsınız. Eşq hər birimizin bənzərsizliyini dərk etməyə kömək edir və onun inkişafına təkan verir.

9. Həyatınızdakı hər şeyi önyarqı ilə qarşılamayın. Həyatın hər anında yenidən doğuluruq və heç vaxt eyni səhvləri etmirik. Hər səhv bir ilkdir. Bu gün siz dünənki deyilsiniz.

10. Depressiya - beynin artıq heç kəsi dinləməmək cəhdidir, orijinallığa deyil, ictimai cəhətdən qəbul olunan modellərə yönəltmək üçün atılan cəhddir.

11. Hər dəfə problemlərdən xilas olmağa çalışanda onları yalnız gücləndiririk. Yaşadığımızdan daha yaxşı bir gələcək haqqında düşünmək bizi kövrək və gücsüz edir. Ətrafdakıların sizə olan münasibətindən illərlə şikayətlənə bilərsiniz. Bu, böyük bir yanlış fikirdir! Bizi incidən kənardakılar deyil, özünəinamsızlığın acı nəticəsidir. İntuisiyamız həqiqətən nəyə ehtiyacımız olduğunu çox yaxşı bilir.

12. Bizim üçün yaxşı olan hər şey yalnız indi üçün keçərlidir. Həmişə eyni qalacağımızı düşünmək böyük səhvdir. Ruhunuz da bədəninizlə bərabər böyüyür və müəyyən dəyişikliklərə uğrayır. Odur ki, zövq aldığınız heç bir məşğuliyyəti sonraya saxlamayın, onlar da zamanın təsiri ilə devalvasiyaya məruz qalırlar. Başqası olmaq və sevgiyə layiq olmağa çalışmaq özünü aldatmağın ən bayağı yoludur.

13. Dünyaya əzab çəkmək üçün gəlməmisiniz, ağrıdan yenilənmiş və əzilmədən çıxmağı öyrənin.

14. Həyatınızda heç nə baş vermədiyini deyirsinizsə, doğru deyil. Sadəcə yanlış tərəfdən baxırsınız. /publika.az/