İyul tarixin ən isti ayı olub

  • 2023.08.01 10:17
  • 2155 Baxış
İyul tarixin ən isti ayı olub
Bu ilin iyul ayı hava və iqlim baxımından tarixin ən isti ayı kimi yadda qalıb


Medicina.az xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.


İyulun ilk üç həftəsi tarixdə ən isti dövr olub.


“Yüksək temperatur Şimali Amerika, Asiya və Avropanın böyük hissələrində istilik dalğaları ilə əlaqələndirilib. Ayın ilk 23 günü ərzində Yer səthinə yaxın havanın orta temperaturu 16,95 dərəcə selsi təşkil edib ki, bu da bütün 2019-cu ilin iyul ayı üçün qeydə alınan 16,63 dərəcə selsidən xeyli yüksəkdir”, - məlumatda qeyd olunub