Kabab və qrilin insan orqanizminə 5 öldürücü təsiri

  • 01 May 2022 18:22
  • 1005 Baxış
Kabab və qrilin insan orqanizminə  5 öldürücü təsiri

İsti yaz-yay ayları açıq havada manqalda, qrildə kabab, qızartma ət bişirmək mövsümüdür.
Kabab, barbeku, qrildə ət bişirmək alimlərin fikrincə insan orqanizmi üçün, eləcə də bəzi xəstəliklərdə çox zərərlidir. İş ondadır ki, manqalda ət kömürlə təmasdan bişir. Bu isə ətin üzərindəki xırçıltılı qızartma hissəsində kanserogen maddə əmələ gətirir.

Bakupost.az kababın orqanizmə 5 mənfi təsirini təqdim edir.


Alimlər bildirib ki, çox miqdarda qırmızı ət yeyilməsi bağırsaqda şişlərin yaranmasına səbəb olur.

Qrildə hazırlanan ət, toyuq isə daha təhlükəli mədəaltıvəz xərçəngi yarada bilir.

Manqal və qrilin dəmirli torunda hazırlanma zamanı ətin üzərində yaranan kanserogen maddə böyrəkləri, qaraciyəri, mədəaltıvəzi sıradan çıxarır.

Hansı ki, əti suda, sobada bişirəndə belə maddə əmələ gəlmir.


Xüsusən yaşlı insanlar əti qızartmadan yeməyə çalışmalıdır.

Alimlər 62 min nəfərin tibbi məlumatını araşdırıb, onlardan 208 nəfərində mədəaltıvəz xərçəngi olub.

Bu insanlar üzəri qıpqırmızı qızarmış ət xoşladıqlarını deyib. Manqalda qızarmış ət yeyənlərdə xərçəng olma ehtimalı 70% yüksəkdir
Manqaldan çıxan tüstü və kabab qoxusu da müəyyən mənada təhlükəlidir. Kömür yanan zaman politsiklk qazlar ayrılır. Bu qoxunu insan manqal tüstüsünü udaraq və orda bişən əti yeməklə, ordakı kanserogen maddəni orqanizmə daxil etmiş olur.

Ona görə kababçılarda bəzi xərçəng növləri gənc yaşda çox rast gəlinir.

Aygün Musayeva
BakuPost