Kadırovun böyrəkləri sıradan çıxıb, komadadır- Fərziyyə

  • 2023.09.18 16:54
  • 1267 Baxış
Kadırovun böyrəkləri sıradan çıxıb, komadadır - Fərziyyə

Çeçenistan rəhbəri Ramzan Kadırova böyrək köçürülüb, lakin orqan "tutmayıb". Ona görə onun vəziyyəti yenə də pisdir.

"Medicina" xəbər verir ki, Ukrayna mənbələri onun Moskvada, digər mənbələr isə Ərəbistanda olduğunu deyir.

O bir müddət komada idi.

Ukrayna kəşfiyyatçılarının sözlərinə görə, Kadırov təyyarə ilə Moskvaya aparılsa da, yerli həkimlər ona kömək edə bilməyib Çeçenistan rəhbərinin sonrakı müalicə üçün , Birləşmiş Ərəb Əmirliklərinə göndərilməsi də müzakirə olunub.

Amma Çeçenistan rəsmiləri Kadırovun səhhətinin normal olduğunu bildirir.

Aygün Musayeva