Kalsium azlığı ürəyin qəfil dayanmasına səbəb olur

  • 2023.04.28 18:03
  • 2648 Baxış
Kalsium azlığı ürəyin qəfil dayanmasına  səbəb olur
Yeni elmi məlumatlara görə, qanda kalsium səviyyəsi aşağı olan insanlarda qəfil ürək dayanması baş verə bilər.

“Medicina” xəbər verir ki, Mayo Clinic Proceedings jurnalı, ani ürək dayanması ehtimalının qanda kalsiumdan asılı olduğuna dair məlumat dərc edib.


Qəfil ürək dayanmasından ölən kişilərin 50%-dən çoxunda və qadınların demək olar ki, 70%-də ürək xəstəliyi tarixçəsi yox idi. Buna görə də onu tədricən yüksəldən amilləri tapmaq lazımdır. Bir faktor kimi aşağı kalsium səviyyəsi göstərilir.


Kardioloq Anna Popovanın sözlərinə görə, qəfil ürək dayanması qanda kalsium səviyyəsi aşağı olan insanlarda tez-tez baş verir.

“Kalsium kimi bir mikroelement sümüklərin, dişlərin və əzələlərin vəziyyətinə, həmçinin sinir və ürək-damar sistemlərinin fəaliyyətinə təsir göstərir. Onun çatışmazlığı tez-tez əzələ spazmlarına, aritmiyalara səbəb olur.


İnsan orqanizmi yaşlandıqca, daha çox kalsium itirir: onun tədricən sümüklərdən yuyulması 35 yaşdan sonra başlayır.

Bədəndə onun miqdarı qidadan sovrulmasından asılıdır. Yalnız bədən D vitamini və fosfor kimi maddələri bol qəbul etdiyində kalsium yaxşı sovrulur.

Kalsium çatışmazlığının simptomları:

Quru Dəri
Artan yorğunluq
Zəif əzələlər, əzələ kütləsinin azalması səbəbindən kilo itkisi.
Yuxusuzluq
Depressiyaya meyl
Əzələ spazmları
Kövrək dırnaqlar və saçlar
Barmaqlarda qıcolma və ya uyuşma
Oynaqlarda ağrı hissi.


Kalsium çatışmazlığını təyin etməyin ən yaxşı yolu ümumi kalsium qan analizi verməkdir.

Aygün Musayeva