Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kalsiumu düzgün qəbul etməyin 3 əsas şərti – Həkim xəbərdarlığı

  • 2025.07.29 12:20
  • 190 Baxış
Kalsiumu düzgün qəbul etməyin 3 əsas şərti  – Həkim xəbərdarlığı



Kalsium ən çox uşaqların sümük inkişafı və yaşlı insanların sümük zəifliyi ilə bağlı xatırlanır. Bu səbəbdən bir çox valideynlər və yaşlılar kalsium əlavələrindən istifadə etməyə üstünlük verirlər.

Lakin həkim təyinatı olmadan kalsium qəbulu ciddi fəsadlara səbəb ola bilər.

“Medicina” xəbər verir ki, dietoloq Tutu Zeynalova kalsiumun düzgün qəbul qaydaları barədə vacib məqamları açıqlayıb.

“Kalsiumun orqanizm tərəfindən sorulması üçün müəyyən şərtlər var,” – deyə o bildirib.

Dietoloq 3 əsas şərti belə sıralayıb:

1. D vitamini olmadan kalsium sovrulmur.
Kalsiumun sümük toxumasına çatması üçün D vitamini və maqneziumla birlikdə qəbul olunması vacibdir.

2. Mədə turşuluğu problemi varsa…

Zəif mədə turşuluğu kalsiumun mənimsənilməsinə əngəl yaradır. Bu zaman əlavə tədbirlər görülməlidir.

3. Çay və qəhvə kalsiumu zərərsizləşdirə bilər.
Kalsium əlavələrinin çay, qəhvə və qazlı içkilərlə qəbulu düzgün deyil. Bu içkilər onun sorulmasına mane olur.
Tutu Zeynalova əlavə edib ki, kalsium yüksək dozada qəbul edilməməlidir:

“Gündə iki dəfə 500 mq dozada qəbul daha uyğundur. Yüksək doza isə böyrəklər və digər orqanlara yük salır.”

Qeyd: Kalsium əlavələrinə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

Aygün Musayeva