Kanadada gənclər arasında naməlum xəstəlik yayılır

  • 2022.01.07 15:48
  • 2407 Baxış
Kanadada gənclər arasında naməlum xəstəlik  yayılır
Kanadanın Nyu-Bransuik əyalətində 2 ildir naməlum xəstəlik yayılır.

Medicina.az “The Guardian”a istinadla xəbərinə görə, xəstəliyə gənclərdə rast gəlinir.

Bu zaman əzələlərin spazmı baş verir, vestibulyar aparatın fəaliyyəti pozulur, ətraflarda ağrılar yaranır, yaddaş pozğunluğu ortaya çıxır. Xəstə arıqlayır və hallüsinasiyaya düşür.

Rəsmi olaraq xəstəlikdən 8 nəfərin öldüyü deyilsə də, həkimlər real rəqəmin daha yüksək olduğu qənaətindədirlər.