"Karantinə əməl etməyənləri cəzalandırmaq lazımdır" - Professor

  • 2020.11.07 13:22
  • 43979 Baxış
"Karantinə əməl etməyənləri cəzalandırmaq lazımdır" -  Professor

"Əslində qapalı mühitdə maska taxmayan, karantin şərtlərinə əməl etməyən şəxsləri cəzalandırmaq lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor "evdə qal”, SMS-lə icazə sisteminin tərafdarı olmadığını deyib.

"Niyə onların məsuliyyətsizliyini başqaları ödəməlidir? Niyə onlar kiməsə görə SMS-lə evdən çıxmalıdır? Hər kəs öz cəzasını almalıdır. Qapalı mühitdə tam ciddi nəzarət olmalıdır. Maskadan düzgün istifadə etmək, ara məsafəni qorumaq - hər şeyə nəzarət olunmalıdır”.

Adil Qeybulla ictimai nəqliyyatda qayda-qanun yaratmağın vacib olduğunu deyib: ""Evdə qal” ilə məsələ bitmir. Biz bu şərtlərə əməl etməliyik”.