Kardioloq korvalolun təhlükəsi barədə xəbərdar etdi

  • 2023.11.03 16:57
  • 2615 Baxış
Kardioloq korvalolun təhlükəsi barədə  xəbərdar etdi

Korvalol heç də bitki tərkibli preparat deyil, onun tərkibində çox güclü kimyəvi maddə var, ona görə, ehtiyatlı olmaq lazımdır.


“Medicina” xəbər verir ki, kardioloq Andrey Melnikov bu dərmandan asılılıq yarandığını bildirib.


“Korvalol həqiqətən təşviş və həyəcana qarşıdır, amma o sakitləşdirici təsir edir, heç bir müalicəvi təsiri yoxdur.

Nəzərə alın ki, korvalolun əks-təsiri demensiya riskidir.

Nə korvalol, nə digər damcılar əsəb və ürək xəstəliyini müalicə etmir. Pasiyentlər həkimsiz bunları alıb sərbəst içir, amma bununla da stenokardiya, real ürək xəstəliyi ilə nevrozu ayırd edə bilmir, simptomları ört-basdır edirlər”.

Bundan öncə Avstaliyalı nevroloq Metyu Peys demensiyanın qarşısını almaq üçün yuxunun dərin fazasının rol oynadığını bildirmişdi.

Məhz dərin yuxu fazasında beynin zərərli materiallardan filtrasiyası baş verir.

Aygün Musayeva