Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kardioloq trombozun ilk əlamətini açıqladı

  • 2024.01.16 17:20
  • 1217 Baxış
Kardioloq trombozun ilk əlamətini  açıqladı
İstənilən növ trombozda həyati vacib şərt erkən diaqnostikadır.

“Medicina” xəbər verir ki, kardioloq Anastasiya Fomiçev trombozun ilkin əlamətlərini açıqlayıb.

“Arterial damarlarda olan trombozun əsas əlamətləri ayaqda həmin sahədə keyimə, uyuşma, dərinin ağarması, basanda ağrı olmasıdır.

Bu zaman təxirə salmadan əməliyyat və trombolitik preparatlar verilməlidir.

Bir çox qida və içkilər də trombu artırır. Qara siyahıya şoraba, duzlu, şirin içkilər, alkoqol, qaraciyər, paxlalılar daxildir”.

Aygün