Kardioqramma ürək barədə cəmi 15% məlumat verir - Həkimdən açıqlama

  • 2023.08.10 14:35
  • 2017 Baxış
Kardioqramma ürək barədə cəmi 15% məlumat verir   - Həkimdən açıqlama
Ürək çatışmazlığı ürəyin müxtəlif səbəblərdən dolayı öz funksiyasını çatdırmamasıdır. Bir çox insanlar sadəcə kardioqrammadan keçərək, tam müayinə olunduğunu düşünür.



"Medicina" xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Məmmədova ürəyin normal fəaliyyətini dəyərləndirmək üçün vacib müayinə metodlarından danışıb.



"Əgər ürəyin gücü normaldırsa, yəni 55-60% arasıdırsa, o zaman bütün orqanlar qanı normal şəkildə alır. Lakin yığılma zəifdirsə, ayaqlarda ödemlər, gecələr yatdıqda boğularaq oyanmalar, adi fiziki hərəkətdə təngnəfəslik, tez yorulma, yuxulama, qarında köp, qaz toplanma, bir az yemək yeyən kimi ürəkdöyünmənin artması müşahidə ediləcəkdir.

Bu pasiyentləri həkimə gətirən ən böyük səbəb ilk olaraq yorğunluqdur. Pasiyent əvvəl rahatlıqla gördüyü işin öhdəsindən belə gələ bilmir. M


Təngnəfəslik yaranır – tənəffüs tezləşir və dərin olur, yəni iş və ya fiziki hərəkətin ağırlığına müvafiq olmur. Ağciyər damarlarında təzyiq qalxarsa, xəstəni öskürək, bəzən isə qanlı öskürək narahat edə bilər.


Xəstə izafi yorğunluq və zəiflikdən şikayət edir. Tədricən bu simptomlar güclənir, təkcə fiziki iş zamanı deyil, sakit vəziyyətdə də xəstəni narahat etməyə başlayır.

Ürək çatışmazlığı olan pasiyentlərdə sidik miqdarının azalması müşahidə edilir, onlar ayaqyoluna daha çox gecələr gedirlər.

Axşamlar ayaqlarda şişlər yaranır, əvvəlcə pəncədə, sonra daha yuxarı nahiyələrdə. Pəncənin, biləklərin dərisi, burnun ucu göyümtül rəng alır.


Əgər ürək çatışmazlığı qaraciyər damarlarında qanın durğunluğu ilə müşayiət edilərsə, sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrılar əmələ gəlir. Tədricən ürək çatışmazlığı baş beyin qan dövranının pozulmasına gətirib çıxarır. Xəstə əsəbi olur, əqli əmək zamanı tez yorulur, depressiyaya düşmə halları qeydə alınır. O, gecələr pis yatır, gündüzlər isə daim yuxulu olur. Əgər vaxtında müalicə aparılmazsa, ürək çatışmazlığı daha ağır fəsadlara yol açır, xəstənin vəziyyəti pisləşir. Kifayət qədər qida maddələri və oksigen almadığından, tədricən bütün orqanların işi pozulur. Bu isə əlillik və ölümlə nəticələnə bilər.

Ürək çatışmazlığını “exokardioqrafiya” göstərir. İlkin olaraq mütləq həkimə getmək lazımdır. Nədənsə, düşünürük ki, kardioqrammamız normaldırsa, demək ki, ürəyimiz sağlamdır. Amma belə deyil. Kardioqramma ürək haqqında cəmi 15% informasiya verir. Daha çox keçirilmiş infarktı göstərir, kəskin infarktı göstərir:


Ürək çatışmazlığını əsas göstərən müayinə metodu “exokardioqrafiya”dır. Burada ürəyin qapaqlarına baxılır, ürəyin əzələsinə, damarların tutulu olub-olmadığına baxılır və ondan sonra ondan irəli gələn müayinələr həyata keçirilir.


Aygün Musayeva