Kartof qızartması və plovu soyuq yeməlisiz – Həkim

  • 2023.05.03 22:38
  • 2289 Baxış
Kartof qızartması və plovu soyuq yeməlisiz  – Həkim
Bəzi qidalar adət etdiyiniz kimi isti şəkildə yox, soyuq yeyilməlidir.

“Medicina” xəbər verir ki, diyetoloq İqor Strokovun sözlərinə görə, istər spagetti, istərsə də qızardılmış kartof karbohidratla zəngin qidalar hesab edilir.

Onları isti yemək əvəzinə soyuq yeməklə kaloriləri daha az qəbul etmək və bağırsaq florasını gücləndirmək olar.

“Əriştə, kartof və ağ düyü də kökəldən qidalar hesab olunur. Onların tərkibində nişasta, çoxlu karbohidrat var və qan şəkəri səviyyəsində kəskin sıçrayışa səbəb olur. Amma bu qidaları yeməkdən əvvəl soyumağa qoysanız, daha sağlıqlı olar.


Nişastalı qidalar soyuduqda parçalanma məhsulu kimi davamlı nişasta əmələ gəlir. Bağırsaq florasına müsbət təsir göstərir, qan şəkərini tənzimləyir və hətta arıqlamağa kömək edə bilər”.


Bağırsaq florasını gücləndirir. Davamlı nişasta lif kimi davranır. Həzm olunmamış şəkildə yoğun bağırsağa çatır və burada aktiv bakteriyalar tərəfindən tədricən parçalanır.

Bağırsaq florasını gücləndirir və həzmə müsbət təsir göstərir.

Qan şəkərini tənzimləyir. Orqanizm daha az insulin istehsal edir və beləliklə də yemək istəyinin qarşısını alır.

Kaloriyə qənaət edir. Nişastalı qidalar soyuduqda, bişiriləndən daha az kalori verir.

Günay Quluzadə