Kartof şəkərli diabetə səbəb olurmu?

  • 2022.12.02 15:18
  • 2413 Baxış
Kartof şəkərli diabetə səbəb olurmu?

Alimlər kartof çox yeməyin piylənmə və diabetə səbəb olması barədə yayılmış fikirləri araşdırıb.

“Medicina” xəbər verir ki, Penninqton biotibbi mərkəzdə kartofla bağlı yeni elmi araşdırma aparılıb.

Nişastalı, bol karbohidratlı tərəvəzi dietoloqlar qanda şəkəri artırdığı üçün tövsiyə etmir.

Amma alimlər bu riski istisna edib, kartof dietik qidadır.

“Kartof vacib qidalı maddə və elementlərlə zəngindir, o piylənmə və diabet yaratmır”.

Eksperimentdə 150 nəfər 19-60 yaş arası şəxslər iştirak edib.

Onların hamısında artıq çəki, diabet və ya insulin dirənci var idi.

İştirakçılar 2 qrupa bölününb: birinə çoxku tərəvəz, paxlalılar verilib. Digərinə isə qabıqlı bişirilmiş kartof və ət verilib.
Nəticələr göstərib ki, paxla, lobya yeyən qrupla kartof yeyən qrupda eyni dərəcədə qan dəyərləri yaxşılaşıb, heç bir fərq olmayıb.

Deməli, kartof da paxlalılar kimi təsir edir və suda bişmiş kartof bağırsaqda probiotik rolunu oynayır.

Aygün Musayeva