Kartofla soğanı birgə saxlamaq olmaz - Səbəb

  • 2023.04.24 09:06
  • 2134 Baxış
Kartofla soğanı birgə saxlamaq olmaz -  Səbəb
Bir çox evdar qadın kartofun quru və sərin yerdə saxlanmalı olduğunu bilir. Buna görə də mətbəxdə ən uyğun yer kimi şkafı görürlər. Buna səbəb isə günəş şüaları bura daxil olmamasıdır. Çox vaxt evdar qadınlar kartofla birgə ora soğan da qoyurlar. Burada kobud səhvə yol verilir.


Niyə kartofu soğanla saxlamaq olmaz?

Lent.az xəbər verir ki, bu tərəvəzləri bir yerdə saxlamaq onların tez xarab olması ilə nəticələnə bilər.


Buna səbəb soğanın kartofun keyfiyyətinin aşağı düşməsini sürətləndirən birləşmələr buraxmasıdır. Beləliklə, kartof soğanların olduğu yerdə saxlanıla bilməz.

Kartof şkafa qoyula bilər, əsas odur ki, yaxınlıqda soğan olmasın.