Keçəl və daz kişilər koviddən daha çox ölür – Həkimlər

  • 2022.05.06 14:11
  • 2303 Baxış
Keçəl və daz kişilər koviddən daha çox ölür  – Həkimlər



Həkimlər alopesiyalı, yəni saçları tökülən daz kişilərin kovidə qarşı həssas olduğunu, bu xəstəliyin ağırlaşmasından daha çox hallarda həyatını itirdiyini bildirib.


Bakupost.az xəbər verir ki, həkim endokrinoloq Yekaterina Krivçova bunun səbəbini testosteronda görür.


“İş ondadır ki, bu hormon damar kardioprotektoru hesab olunur. Əgər kişidə testosteron azdırsa, onun ürək-damar sistemi müdafiəsiz qalır.

Zatən saçların daşlaşması da bu səbəbdəndir.
Kovid virusunun əsas hədəfi damarlarda tromboz yaratması olduğu üçün, bu kişilərdə mikrotromblaşma sürətli gedir.
Ona görə də koviddən ölən kişilər arasında daz və keçəl kişilər statistik olaraq çoxdur.


Doğrudur, kovid üçün insanın saçının olub-olmamasının fərqi yoxdur, letal sonluq qadınlarda da olur. Amma testosteron azlığı bu xəstəlikdə ciddi mənada təsir edir”.


Həkim koviddən sonra dazlaşma, keçəlləşmənin də artdığını bildirir. Koviddən sonra kişilərdə hormonal balans pozulur, baş damarlarının mikrosilkulyasiyası azalır.


Aygün Musayeva
BakuPost