Keçməyən hıçqırıq – insult və xərçəngdən xəbər verə bilər

  • 2023.02.27 17:39
  • 2514 Baxış
Keçməyən hıçqırıq – insult və xərçəngdən     xəbər verə bilər

Uzun müddət hıçqırmaq orqanizmdə baş verən patalogiyaların siqnalı ola bilər.


Adi hıçqırıqdan fərqli olaraq, uzunmüddətli hıçqırıq insultun və xərçəngin inkşafından xəbər verə bilər.

“Medicina” xəbər verir ki, Veksner Tibb Mərkəzinin nevroloqu həkim Dayana Qrin – Çandos ürək nahiyyəsində ağrılı hıçqırığın qadınlarda insultun göstəricisi olduğunu bildirir.

Bədənin bir tərəfində qəfil zəiflik ,uyuşma ,söz tapmaqda çətinlik çəkmək və bulanlıq görmək insultun digər əsas əlamətləridir.


Nevroloq həkim xərçəng xəstəliyi barəsində də belə qeyd etdi ki, nadir hallarda hıçqırıq böyrək və qaraciyər xərçənginin simptomları sayıla bilər.

Xərçəng xəstəliklərinin tədqiqatı təşkilatı Cancer Research UK təsdiq edir ki, davamlı hıçqırıq xərçəng xəstəsi olan insanlarda hiperkalsemiya (qanda yüksək kalsium səviyyəsi), böyrək və qan kimyası problemləri və ya mədə problemləri inkişaf edərsə, davamlı hıçqırıqlar olur.


Böyrək xərçənginin əlamətlərindən sidikdə qan , belin aşağı hissəsində ağrılar,yorğunlu ,iştahsizlıq, yüksək təzyiqlə müşaiyət olunur.


Günay